بیر گون،
فرق ائتمز قیش اولسون یا دا باهار.
شاهگؤلونون بوتون گوللری
دروازا یولونا دوزولر
آغاجلار پئشوازا چیخار
بوتون غربت تبریزه قاییدار
اوزلر گولر
گؤزلر گولر
سؤزلر گولر
و
گون اوزو گؤرر نیسگیللی دیرنیشلریمیز.
او بیر گون
گوللرین روحوندا آچیلما هوسی
سازلارین تئلینده سئومک هاواسی
او گون ابدیتدن بیر گون اؤنجهسی
او گون بیزدن بیر گون سونراسی.
O gün\ Susənnəvade Rəzi
Bir gün,
Fərq etməz, qış olsun ya da bahar,
»Şahgölünün bütün gülləri
Dərvaza yoluna düzülər.
Ağaclar peşvaza çıxar
Bütün qurbət Təbriə qayıdar
Üzlər gülər
Gözlər gülər
Sözlər gülər
Və gün üzü görər
Nisgilli dirənişlərimiz
O bir gün
Güllərin ruhunda açılma həvəsi
Sazların telində sevmək havası
O gün əbədiyətdən bir gün öncəsi
O gün bizdən bir gün sonrası.
درباره این سایت